Tələbənin universitetin pəncərəsindən yıxılma səbəbi MƏLUM OLDU - Açıqlama

 12:57 10.10.2019     699

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

Bu barədə Redaktor.az-a məlumat verən filialın tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova qeyd edib ki, tələbənin yıxılmasına səbəb onun başının gicəllənməsi olub:

"Nazilə səhər yemək yeməyib, ac olub. Özünü yaxşı hiss etmədiyi üçün dərsdə iştirak edə bilməyib. Halı pisləşən tələbə hava almaq üçün pəncərənin qarşısına  keçib. Həmin vaxt ürəyi bulanıb, qusmaq istəyib. Huşu özündə olmadığından çox aşağı əyilib. Ayağı sürüşüb və 1 metr hündürlükdən yıxılıb".

Səhiyyə Nazirliyindən verilən məlumata görə, adıçəkilən tələbə Şamaxı Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Tələbəyə bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir və nəzarət altındadır”.

Qeyd edək ki, bu gün saat 10:30 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında şamaxı sakini, 20 yaşlı Daşdıyeva Nazilə Elxan qızı oxuduğu ali məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. İbtidai sinif müəllimliyi fakültəsinin üçüncü kurs tələbəsi olan N. Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Nihadə Eyyubova / Report.az