Bakı-Sumqayıt qatarında TEXNİKİ NASAZLIQ - İntervalda gecikmə yaşandı

 09:54 11.10.2019     283

Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarının hərəkətində ləngimələr yarananıb.

Redaktor.az-ın məlumatına görə, 08:00 radələrində Sumqayıtdan Bakıya doğru irəliləyən qatar Güzdək stansiyasında dayanıb. Sonradan isə hərəkətini davam etdirib.

Sərnişinlərə bir neçə dəfə xəbərdarlıq edilərək bildirilib ki, texniki nasazlığa görə qatar ünvan başına gecikməylə çatacaq. Deyildiyi kimi də olub. Qatar 9 dəqiqə gecikməylə saat 08:49-da Bakıya çatıb.

Nihadə Eyyubova / Redaktor.az