Tikinti materiallarının qiymətləri BAHALAŞACAQ - Bu tarixdən...

 15:08 14.10.2019     5339

“Tikinti materialları bazarında ay ərzində 0, 27 faiz artım olub". 

Bunu daşınmaz əmlak eksprerti Nüsrət İbrahimov tikinti bazarındakı qiymət artımından danışarkən deyib.

Onun sözlərinə görə, əksər tikinti materiallarının qiymətində artım qeydə alınıb:

“Kərpicin 8 santimetrlik növündə 2,7%,  taxtada 7,2%, 10 millimetrlik dikdə 6,7%, DSP-də 2,9% ,DVP-də  6,46% və bütün taxta materiallarında artım olub. Armaturun qiyməti 10%, boru materialları 8,1% baalaşıb. Dam örtüyündə “çerepiça” nın qiyməti 6,7% artıb. Alçipan1,4%,  izolyasiya materialları 1,1%, laminat parket  12,5%, parket lakı 5,7%, parket 2,2%, metlaxda artım 8,6% olub”.

Ekspert qeyd edib ki, digər inşaat materiallarında azalma müşahidə edilib. Sement 5%, “uqolnik” 10%, şveler 16,3%, dəmir təbəqənin qiymətində 1,7% azalma var. Şüşə 2%, elektrot 6%, qranit daş 8,9%, üzlük divar daşı 3,8%, boyada 4,9 % qiymət azalması olub.

Ekspert bildirib ki, payız mövsümündə taxta materiallarının qiymətində artımın olması qaçılmazdır:

“Qışda  dəmir materiallarında da artım olur, çünki idxal materiallarıdır. Yerli materiallarda qiymət mövsümə uyğun olaraq tənzimlənmir. O materiallar əsasən, inzibati amillər, qanunvericiliklə həyata keçirilir. Adətən payız-qış mövsümündə dəmir və taxta materiallarında qiymət artır, daş materiallarında isə bu hal  müşahidə olunmur, çünki yerli maldır".

Ekspert bildirib ki,bazarda cəmi 0,27% qiymət artımı görünsə də, çeşidlərə nəzər salanda, xeyli qiymət dəyişkənliyinin şahidi olarıq: 

“Tələbata uyğun olaraq qiymətlər dəyişir, ümumilikdə qışa doğru qiymətlər də artım olacaq”.

Nihadə Eyyubova / Redaktor.az