"Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsi yaxın zamanlarda təsdiq olunacaq"

 13:30 14.10.2019     284

"Qısa müddət ərzində Əməyin Mühafizəsi Fondunun təsis sənədlərinin, nizamnaməsinin və əsasnaməsinin təsdiq olunması gözlənir".

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır:

"Nizamnamə yekunlaşdırıldıqdan sonra Fondun fəaliyyətinə tam başlanacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir. Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.