89 il əvvəlki hadisə təkrarlana bilər - Azərbaycanda növbəti...

 11:40 15.10.2019     1544

Son günlər ölkədə əsl yaz havası müşahidə olunur.

Demək olar ki, payız hələ özünün sərt üzünü göstərməyib. Hava proqnozlarına diqqət etsək, temperaturun paytaxtda 28, rayonlarda isə 30 dərəcəyə kimi yüksəldiyini görə bilərik.

Oktyabr ayının özünü yaz aylarına uyğun aparması anomal hal kimi qəbul oluna bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Redaktor.az-a bildirib ki, 30 dərəcə temperatur oktyabr ayı üçün səciyyəvidir:

“Oktyabr ayı keçid ayıdır. Bu ayda hava bir qədər tutqun,yağışlı keçir, bəzi günlərdə isə hava açılır, temperatur yüksəlir. Çoxillik müşahidələrə nəzər salsaq,  oktyabr ayında temperaturun 30-35 dərəcəyə kimi yüksəldiyini görə bilərik. Bu, rekord göstərici deyil. Rekord göstərici 1930-cu ildə oktyabr ayının 2-də qeydə alınıb. Həmin gün  havanın temperatur 35,1 dərəcə isti olub. 1997-ci ildə 32, 2002-ci ildə 31 dərəcə isti olub”.

G. Məmmədova qeyd edib ki, hazırda havanın temperaturu iqlim normasında 2 dərəcəyə qədər yüksəkdir:

“Yaxın günlərdə isə temperatur 22-27 dərəcə arasında dəyişəcək. Bu temperatur da iqlim norması daxilindədir. Cənub və gilavar küləyi əsəcək. Küləklər üstünlük təşkil edəndə təzyiq bir az aşağı enir, gilavar küləyinin bir qədər güclənməsi  isə meteohəssas insanlarda narahatlıq yarada bilər”.

Nihadə Eyyubova/Redaktor.az