XƏBƏRDARLIQ! - Bu içkilər ÖLDÜRƏ BİLƏR

 14:40 17.10.2019     481

Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti və sənaye məhsullarının müəyyən edilərək satışının qarşısının alınması sahəsində əməliyyat tədbirləri davam etdirilir.

Redaktor.az bildirir ki, növbəti xüsusi əməliyyat bir neçə gün öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birgə həyata keçirilib. Növbəti dəfə sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Tədbir nəticəsində müəyyən olunub ki, "Beluqa Tahir" ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan "Beluqa", "Stoliçnaya", "Nemiroff", "Russkiy Standard" araqlarının, "Jack Daniels", "Chivas" viskilərinin, "Omega", "Patron" tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edib.

Bu gün külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlanır. Həmin saxta içkilərin əksəriyyəti toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə paylanılır.

Aparılan araşdırmalar sübut edir ki, bu gün bazarda Rusiya istehsalı olan spirtli içilərin əksəriyyəti saxtadır. Bu məhsullar toksikoloji normalara cavab vermədiyi üçün  insan orqanizmi üçün ciddi təhlükə mənbəyi hesab olunur.

Həkimlər bildirirlər ki, saxta spirtli içkilər ilk növbədə zəhərlənmə verir, başda ağrılara səbəb olur, qaraciyər, mədə, ürək və böyrəklərə təsir göstərir. Bundan başqa, texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Hətta insanın sinir sisteminə öldürücü təsir göstərir.

Mütəxəssislər bu səbəblə, əhaliyə yerli spirtli içkilərin alınmasını tövsiyə edirlər. Çünki bu zavodlarda istesal olunan məhsul bütün toksikoloji normalara cavab verir. Həmin zavodların ölkədə fəaliyyət göstərən firma mağazaları var. Sözügedən mağazalar paytaxtın müxtəlif yerlərində, eləcə də rayonlarda fəaliyyət göstərir. Məhsullar birbaşa firma mağazalarından alınmağı məsləhətdir. Çünki zavodlar istehsal etdikləri məhsulların keyfiyyətinə zəmanət daşıyırlar. Heç bir zavod rəhbəri istehsal etdiyi məsullarla bağlı neqativ halın yaşanmasını istəməz. Əhalinin sağlamlığı üçün mütəxəssislər məhsulu firma mağazalarından almağı məsləhət görürlər.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən