Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır - Səhiyyə Nazirliyi

 12:56 18.10.2019     495

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: “Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.