Gələn il məcburi köçkünlərin sosial müdafiə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 566,3 milyon manat ayrılıb

 18:37 18.10.2019     552

Gələn il məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət və icmal büdcələrində cəm olaraq 566,3 milyon manat vəsait nəzərdə tutulub.

Redaktor.az-ın məlumatına görə, bu, 2019-cu illə müqayisədə 104,3 milyon manat və ya 22,5 faiz çoxdur.