İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib - FOTOLAR

 13:15 21.10.2019     871

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” adlı layihənin təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, layihənin təqdimatında psixoloqlar, hüquqşunaslar, QHT nümqayəndələri, insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Təqdimatı giriş sözü ilə layihənin rəhbəri Zenfira Mustafayeva açaraq, tədbir iştirakçılarına layihənin əsas məqsədi haqqında məlumat verib. Tədbirdə təşkilatın  hüquqşunası Ruslan Mustafazadə layihədə insan alveri qurbanlarına və potensial qurbanlara layihə dövründə  göstəriləcək xidmətlər haqqında geniş məlumat verib.

Zenfira Mustafayeva layihədən faydalana biləcək şəxslər, layihənin əhatə edəcəyi coğrafi ərazi barədə tədbir iştirakçılarına geniş məlumat verib. Layihənin rəhbəri həmçinin layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər planından danışaraq bildirib ki, insan alveri mövzusunda  təlimlərin keçirilməsi nəzərdə tutulub.

Zenfira Mustafayeva layihədə risk qrupuna daxil olan ailələr üçün pulsuz hüquqi, psixoloji, sosial yardımlar göstəriləcəyi, insan alveri, məcburi əmək mövzularında Dünya TV Telekanalında TV verlişlərin hazırlanıb nümayiş olunacağı və layihə çərçivəsində icra olunacaq digər xidmətlər haqqında danışıb.

222