DİQQƏT! "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejiminə keçir - SƏBƏB

 14:21 24.10.2019     1209

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunuyla bağlı metronun bəzi stansiyaları axşam saatlarında gücləndirilmiş iş rejimiylə çalışacaq.

Redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, gücləndirilmiş iş rejimi “Gənclik”  və “Nərimanov” stansiyalarında olacaq:

“Bu səbəblə metroda ehtiyat qatar, işçi qüvvəsi və texniki vasitlər nəzərdə tutulub. Zərurət yaranarsa, sözügedən qatarlar xəttə buraxılacaq.

Kütləvi tədbirlər üçün Bakı Metropoliteninin əvvəlcədən müəyyən olunmuş tədbirlər planı var. Həmin plana əsasən, bu gün də qeyd etdiyimiz tədbirlər nəzərdə tutulub”.

Qeyd edək ki, “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Xəyalə Məmmədova / REDAKTOR.AZ