Bakıda avtobusda növbəti BİABIRÇILIQ - Qadınlar qapınının arasında qaldılar / FOTOLAR

 11:42 28.10.2019     3821

Sənə göstərilən münasibət bu olmalı deyil, Azərbaycan xanımı! Sən qapılar arasında qalmamalısan. Sənin bir günahın var. O da qəsəbədə yaşamağındır...

Bu gün paytaxtətrafı ərazilərdə yaşayan insanlar hər gün işə gedib-gələrkən avtobuslarda zülm çəkirlər. Xüsusilə də qadınlar. Kimi yad kişilərə toxunaraq gedir, kimi tək ayaq üzərində kənara sıxılır, kimi də də şəkildəki xanımlar kimi avtobusun qapıları arasında əzilir. Problem var, müdaxilə olunmazsa, davam da edəcək.

Fotodakı bu avtobus paytaxtdan Abşeron rayonu Masazır qəsəbəsi iqtiqamətində  fəaliyyət göstərən yeganə avtobusdur. 525 nömrəli bu avtobus kasıb qəsəbə sakinlərini paytaxta gətirən tək ümid yeridir. Şəxsi avtomobilin və taksiyə vercək pulun yoxdursa, üstəlik Masazır qəsəbəsində yaşayırsansa, 525-in sıxlığına özünü öyrəşdirməlisən. Çünki başqa yolun da yoxdur...

Son illər ölkədə nəqliyyat sahəsində aparılan işlər, əldə olunan uğurlara rəğmən, bəzi problemlər hələ də var. Elə Masazır sakinlərinin illərdir qabar bağlayan ictimai nəqliyyat dərdi kimi. Maraqlıdır, sözügedən istiqamət üzrə problem nə vaxt həllini tapacaq?

Bununla bağlı Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Redaktor.az-a açıqlamasında bildirib ki, dekabr ayında 525 saylı marşurt xəttinə yeni avtobuslar əlavə olunacaq:

“Masazır qəsəbəsində fəaliyyət göstərən yeganə avtobus 525 saylı marşrut xətti deyil. Oranı Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 596, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşurt xətləri var. Sadəcə olaraq, pik saatlarda yüklənmə 525 saylı avtobus üzərinə düşdüyü üçün bu kimi mənzələrlər qarşı-qarşıya qalırıq. Bununla bağlı daşıyıca müraciət edib, qarşısına tələb qoymuşuq. Şirkət bildirib ki, qarşısına qoyduğumuz tələb əsasında ilin sonuna qədər 20 yeni avtobus alınacaq. Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem aradan qalxacaq”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ

22