Azərbaycanda ana ölümlərinin əsas səbəbi - Baş ginekoloq AÇIQLADI

 11:10 31.10.2019     512

Azərbaycan iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasındadır. İnkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur.

Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mediaya açıqlamasında məlumat verib.

Maraqlıdır, Azərbaycanda ana ölümlərinin əsas səbəbi nədir?

Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Redaktor.az-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə ölkəmizdı ana ölümlərinin sayı əksinə azalıb:

“Dünya ölkələri ana ölümlərinə görə 3 qrupa bölünür. Birinci qrup ölkələr çox deyil. Orada ana ölümlərinin sayı 5%-dən aşağıdır. İkinci qrup ölkələrdə ana ölümləri sayı 5-17% arasında dəyişir. 17%-dən yüksən olanlar ən çox ana ölümlərinin yaşandığı ölkələrdir. Bura Afrika ölkələri aiddir. Azərbaycanda bu gün ana ölümlərinin faizi 12.8-dir. Biz ikinci qrup ölkələr sırasına daxiliq.

Ana ölümlərinin əsas səbəbi doğuş zamanı yaranan qanaxmalardır. Hamilə qadınlar vaxtında həkim müraciət edərlərsə, bu cür hadisələrin vaxtında qarşını almaq olur. Hamilə qadınlar planlı şəkildə həkimə gəlməli, vaxtında müayinələrdən keçməlidir”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ