"Bakcell"də şəbəkə problemi var - Qəsəbə sakinləri NARAZIDIR

 14:33 08.11.2019     1660

Yolunuz Abşeron rayonu Masazır qəsəbəsinədirsə, harada olduğunuz barədə öncədən yaxınlarınıza məlumat verin. Çünki qəsəbə ərazisində “Bakcell”in şəbəkəsi demək olar ki işləmir.

Qəsəbə sakinləri Redaktor.az-a müraciətlərində bildirirlər ki, problem son bir aydır müşahidə edilir. Əvvəllər sözügedən ərazidə problem mobil şəbəkənin internetində yaşanırdısa, indi birbaşa şəbəkənin özündə qeydə alınır. Sakinlərin telefonlarında şəbəkə ya olmur, ya da tez-tez itir. Bu səbəblə, həmin ərazidə yaşayan “Bakcell” mobil şəbəkə istifadəçilərinə zəng çatmır.

Rayonlarda “Bakcell”in şəbəkə problemi zatən yaşanır. Lakin bunun Bakıətrafı ərazilərə də müşahidə olunması problemi daha da mürəkkəbləşdirir.

Maraqlıdır, tanınmış mobil şəbəkə istifadəçilərinə bu problemi niyə yaşadır?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Bakcell” şirkətiylə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Məsələ diqqətimizdədir...