Gələn il xaricilər üçün Azərbaycanda 6725 işçi kvotası nəzərdə tutulub

 14:41 08.11.2019     1307

"Gələn il üçün xaricilərin Azərbaycanda işə cəlb olunması ilə bağlı 6725 kvota nəzərdə tutulub. Ancaq bununla bağlı Nazirlər Kabinetinin təsdiqi gözlənirilir".

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, bu kvota müəyyən edilərkən işəgötürənlərlə sıx əməkdaşlıq edilir:

"Burada elə ixtisaslar seçilir ki, ölkəmizdə həmin ixtisasla bağlı işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə də çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına tələbatı ödəyirik".//Apa.az