Azərbaycanda SİM kart TƏHLÜKƏSİ - Bütün hesablarınız oğurlana bilər, DİQQƏT!

 12:08 12.11.2019     7506

Son zamanlar mobil operatorlarla bağlı şikayətlər sosial şəbəkələrdə trendə çevrilib.

Redaktor.az xəbər verir ki, bu şikayətlərdən biri də nömrələrin ləğv edildikdən sonra yenidən satışa çıxarılmasıdır. Proses bu cür həyata keçirilir. Bir müddət SİM kartı istifadə etmirsiniz, nömrə ləğv edilir və satışa çıxarılır. 

Nəzərə alsaq ki, hazırda əksər əməliyyat onlayn üsulla aparılır və bu əməliyyatlar zamanı mobil nömrəyə gələn təsdiq kodu önəmlidir. Deməli, nömrənizi yenidən alan şəxs ağllıdırsa, asanlıqla sizə məxsus hesabları ələ keçirə bilər.

Tanınmış vəkil Roman Qaraşov da hesab edir ki, mobil operatorların göstərdiyi xidmətlər müqaviləyə, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslanır. Lakin tərtib olunan müqavilələr çox ciddi nöqsanlarla yazılır:

“Belə ki, biz mobil nömrə əldə edərkən çox zaman müqaviləni oxumaq imkanımız olmur, kiçik şirftlərlə tərtib edilir. Hətta nömrələri satan satış məntəqələri ödəniş qiymətindən, məbləğindən başqa heç bir məlumat vermir. Müqavilənin ən mühüm şərtlərindən biri də onun xitamı əsaslarıdır. Müqavilədə göstərilir ki, 3 ay ardıcıl olaraq ödəniş edilməsə, həmin nömrə özgəninkiləşdirilə, satıla bilər. Bu halda mobil operator haqlı olaraq o nömrəni sata bilər. Belə bir şərt yoxdursa, nömrənin satışından söhbət gedə bilməz, həmin şəxsə birdəfəlik olaraq bu hüquq verilməlidir. Burada bir məsələyə diqqət etmək lazımdır ki, mobil operator nömrəni yox, həmin nömrə vasitəsi ilə öz xidmətlərini satır".

İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu məsələdə ilk növbədə abunəçinin özü diqqətli olmalıdır:

“İstifadə etdiyiniz mobil telefon nömrəsi ilə müxtəlif sosial şəbəkə, bank hesabları və digər online əməliyyatlar icra edirsinizsə, çalışmalısınız ki, nömrə bağlanılmasın. İkinci bir məsələ odur ki, hesabınızın təhlükəsizliyini qorumaq istəyirsinizsə, onlayn əməliyatlar zamanı ehtiyat nömrə və "mail" adresindən istifadə etməlisiniz”.

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən