Üzərində AĞSU yazılan məhsulların heç də hamısı "Az-Granata"ya MƏXSUS DEYİL - Video

 13:27 12.11.2019     13405

“Az-Granata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu Cənubi Qafqazın ən böyük istehsalçısıdır. 

Redaktor.az bildirir ki, 2011-ci ildə Ağsu şəhərində inşa edilən zavod 14 hektar sahəni əhatə edir.

Zavodda meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edilir.

Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir. Müəssisədə 700-dən çox insan çalışır.

Zavodun alkoqollu içkilər sektorunun direktoru, professor Vüqar Mikayılov daha geniş məlumat verir: