Azərbaycanda 60 dərəcə istidə hazırlanan ƏN BAHALI ŞƏRAB - Video

 11:48 13.11.2019     11082

“Az-Granata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu Cənubi Qafqazın ən böyük istehsalçısıdır. 

Redaktor.az bildirir ki, 2011-ci ildə Ağsu şəhərində inşa edilən zavod 14 hektar sahəni əhatə edir.

Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və tünd içkilərin saxlanılması anbarından, distillə sexindən, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir.

Tünd içkilərin saxlanılması anbarında Şotlandiya texnologiyası əsasında emal edilmiş viski spirti Amerikan palıdından hazırlanan 500 litrlik çəlləklərdə saxlanılır. Bu palıd çəlləklər Fransadan gətirilib. 

Tünd içkilər anbarında viski ilə yanaşı 3 ildən 30 ilə qədər palıd çəlləklərdə saxlanılmış konyak spirtləri var. Azərbaycanda ən zəngin konyak ehtiyyatına görə “Az-Granata" zavodunun tünd içkilər anbarını konyakın qızıl fondu adlandırırlar.

“AZ-Granata" zavodunun şərab saxlanma anbarında 128 ədəd paslanmayan rezervuar çən yerləşir ki, bu çənlərin hər birinin tutumu 1700 dekolitrdir. Eyni zamanda, anbarda Amerika və Fransadan gətirilmiş 225-350 litr tutuma malik palıd çəllləklər, İtaliyanın “Garbellotto” firmasının istehsalı olan 18 ədəd hər biri 800 dekolitr tutuma malik palıd butlar var. Bunlardan şərabların yüksək keyfiyyətdə yetişdirilməsi məqsədi ilə istifadə edilir. Burada temperatur bütün il boyu ərzində 14-16 dərəcə arasında stabil saxlanılır.

Zavodda müasir standardlara cavab verən Moderizasiya sexi yaradılıb. Sözügedən sexdə Madera tipli portvein şərabların alınır. Bunun üçün şərablar yüksək temperatur altında palıd çəlləklərdə saxlanılır. Saxlanma müddəti isə minumum üç ildir.