SON 2 GÜN! - Sürücülər MÜTLƏQ OXUSUN

 14:48 13.11.2019     2155

“Avtomobilin arxa şüşələrinin tündləşdirilməsini sürücünün ixtiyarına buraxmaq lazımdır”.

Bunu Redaktor.az-a açıqlamasında yol nəqliyyatı eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, 2 gündən sonra avtomobillərin arxa və yan şüşələrinə vurulan sənaye üsulu ilə hazırlanmış jalüz tipli pərdələrin istifadəsi başa çatır:

“Əvvəlki illərdən fərqli olaraq bu il avtomobilinin dörd bir yanını plyonkayla bürüyənlər, hətta arxa-yan şüşələrə jalüz əvəzinə plyonka vuranlar da oldu. Yol polisi buna qarşı hansısa tədbir görmədi. Bunu normal qarşılamaq lazımdır. Çünki dünyanın əksər ölkəsində bu cür hadisələrə görə sürücülərə hansısa cərimə tətbiq olunmur.

Qadağaya son qoyacaqlar

Lakin bir məsələ var. Söhbət avtomobilin arxa qapılarının şüşələrindən gedirsə, bu məsələdə əksər sürücülər həddi aşdı. Onlar arxa şüşələrlə yanaşı qabaq şüşələri də plyonkayla tündləşdirdilər. İndi isə bununla bağlı heç bir qərar yoxdur. Ümid edirik ki, beynəlxalq təcrübyə əsaslanaraq, ötən il dekabr ayında dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na istinad edərək, bu qadağaya son qoyacaqlar.

Preoblem həllini tapacaq

Əslində, sürücülərə belə qadağanın qoyulması mənasızdır. Sadəcə olaraq, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına əsaslanaraq, avtomobilin arxa şüşələrinin tündləşdirilməsini sürücünün ixtiyarına buraxmaq lazımdır. Bununla da problem həllini tapmış olacaq”.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır. Bu tarixdən sonra pərdə, plyonka və jalüzləri açmayan sürücülər cərimələnəcək.

Xəyalə Məmmədova / REDAKTOR.AZ