SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Avtomobilinizi qışa BELƏ HAZIRLAYIN

 17:01 15.11.2019     570

Avtomobilin qış mövsümünə hazırlıqlı olmaması həm sürücülərin büdcəsinə təsir edir, həm də yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Bəs, avtomobillərin qış mövsümünə hazırlığı necə aparılmalıdır? Nələrə diqqət edilməlidir?

Antifriz sistemi

Qış mövsümünə hazırlıq zamanı avtomobildə ən diqqət edilməli antifriz sistemidir. Bu sistemdəki nasazlıq maşınları qızdırır, sobanın radiatoru partlayır. Antifriz sistemi ən azı 60 min kilometrdən bir dəyişilməli, sadəcə, radiatorun içi boşaldılmalı, yuyulmalıdır.

Əyləcə nəzarət edilməlidir

Əyləc mayesinin boruları təmizlənməli, havası çıxarılmalıdır. “Nakladka”lar vaxtında dəyişilməli, təkərlərin havasına baxılmalıdır.

Soyuq havada avtomobil işə salınmadan öncə qızdırılmalıdırmı?

Avtomobilin mühərriki işə düşdükdən sonra 15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Bu zaman avtomobildə olan kondensatorlar çıxır. Qızdırılmadıqda isə mühərrikin yağını israf edə bilər. Qızdırılmamış maşınla yola çıxmaq olmaz. Hazırda əksər maşının sürət qutusu avtomatik işə düşür. Mühərrikdə təzyiqin yüksək olması yağı çıxarır.

Təkərlərə qulluq

Qış mövsümündə məhz qış üçün nəzərdə tutulmuş təkərlərdən istifadə etmək lazımdır. Bu da noyabr ayına təsadüf edir. Ondan sonra yerlərinin vaxtı-vaxtında dəyişilməsi, “razval”a, balansa nəzarət olunmalıdır. Nəzərdə tutulan hava təzyiqinə diqqət etmək lazımdır. Təzyiqi az qoymaq düzgün deyil. Hətta avtomobilin ön sol tərəfindəki təkərlərin üzərində ölçüsünə uyğun təzyiq də qeyd olunub.

Oral Mədənçi / Redaktor.az