Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? – VİDEO

 10:57 16.11.2019     556

Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır.

Redaktor.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu tiplik şikayətlərin çoxaldığını bildirib. Onun sözlərinə görə, onlayn ticarətlə satılan dərman preparatlarının böyük hissəsi hətta 70%-i saxtadır.

“Bütün hallarda kuriyer vasitəsilə çatdırılan onlayn ticarət məhsulunu alarkən mütləq kassa çeki tələb edilməlidir. Əks halda, istehlakçı hüququnu qorumaq mümkün olmur”.

Qeyd edək ki, mövcud qanuna görə 5 gün müddətində istehlakçının hüququ var ki, malı dəyişsin və ya qaytarsın.

Oral Mədənçi / Redaktor.az