İnsanların həyatı risk altındadır - Su çənləri TƏHLÜKƏ YARADIR / Video

 12:27 16.11.2019     665

Suyun fasilələrlə verildiyi ərazilərdəki binaların damında müxtəlif tutumlu ehtiyyat su çənləri quraşdırılır.

Redaktor.az xəbər verir ki, bu çənlərin vaxtında təmizlənməməsi suyun tərkibinə mənfi təsir göstərir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, su çənləri uzun müddət dezinfeksiya olunmadığına görə, insanlarda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasına səbəb olur. O qeyd edib ki, çəndə  suyu 1 gündən artıq saxlamaq olmaz:

“Bu çənlər mütləq nəzarət edilməli, vətəndaşlar tərəfindən ərazi gigiyena mərkəzlərinə və dezinfeksiya şöbələrinə müraciət olunmalıdır".

Daha ətraflı videodan izləyin:

Oral Mədənçi / Redaktor.az