Yeni Yasamaldakı TIXAC PROBLEMİNƏ BNA-dan CAVAB

 15:20 18.11.2019     1346

Paytaxtın Yeni Yasamal qəsəbəsindəki tıxac problemi illərdir həllini tapmır.

Redaktor.az-a daxil olan müraciətdə bildirilir ki, qəsəbədəki əsas küçələrdən olan  Əsəd Əhmədov küçəsində avtomobillər nəinki 1-2, 3 sıra dayanır. Bu da xüsusən pik saatlarda həmin küçədə avtomobil sıxlığına səbəb olur.

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyi (BNA) sözügedən ərazidə dayanma-durma hərəkətini pozan sürücülərlə tədbir niyə görmür?

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda paytaxtın inzibati ərazisində xüsusən nəqliyyat vasitələrinin hərəkətində nizamsızlığın yaşandığı ünvanlarda qanunsuz parklanmaya qarşı ciddi tədbrilər görülür.

Artıq əksər yerlərdə müsbət nəticələrə nail olunub. Qeyd edilən ərazidə də əməkdaşlarımız tərəfindən müvafiq tədbirlər görüləcək

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / REDAKTOR.AZ