Azərbaycanda ALKOQOLSUZ ŞƏRABLAR burada istehsal olunur - VİDEO

 12:54 19.11.2019     9785

Paytaxtımızın prestijli otel və restoranlarında vaxtaşırı olaraq "Az-Granata" istehsalı olan şərab və digər alkoqollu içkilər təqdim edilir.

Bu təqdimatlardan birin də Redaktor.az komandası iştirak edib. 

Təqdimat mərasimində iştirak edən qonaqlar şirkətin istehsal etdiyi alkaqollu və alkaqolsuz şərablarından məmnun qaldıqlarını deyiblər. Onlar "Az-Granata" firmasının istehsal etdiyi şərabların Fransız şərablarından heç də geri qalmadığını qeyd ediblər. Xüsusilə də, firmanın Azərbaycanda ilk dəfə olaraq istehsal etdiyi 3 çeşiddə sıfır faizli, alkoqolsuz şərab rəğbət görüb. 

Sözügedən tədbiri təqdim edirik:

Qeyd edək ki, “Az-Granata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu Cənubi Qafqazın ən böyük istehsalçısıdır. 2011-ci ildə Ağsu şəhərində inşa edilən zavod 14 hektar sahəni əhatə edir. "Az-Granata"nın istehsal etdiyi məhsullar  Rusiya, Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya və.s kimi dünyanın 27 ölkəsində “Made in Azerbaijan”  brendi olaraq satılır.