Kanadada yaşayan haker AZƏRBAYCANLI JURNALİSTİN maaş kartından PUL OĞURLADI

 15:41 19.11.2019     1872

Kanadada yaşayan haker azərbaycalının maaş kartından 100 manat oğurlayıb.

Redaktor.az bildirir ki, hadisə oktyabr ayının 22-si baş verib. Rüfət Xəlilov adlı vətəndaş maaş kartından 100 AZN çıxılmasıyla bağlı mesaj alıb. Dərhal banka müraciət edən şəxs həmin kartla heç bir onlayn ödəmə etmədiyi halda, balansından pul silindiyini bildirib. Araşdırma zamanı məlum olub ki, vətəndaş hadisədən bir neçə gün öncə maaş kartının şəklini Feysbuk mesajı vasitəsilə yaxınına göndərib.  Kanadada yaşayan haker fotonu ələ keçirərək, kartın üzərindəki 16 rəqəmli koddan istifadə etməklə ödəniş həyata keçirib. Necə deyərlər, it də gedib, ip də.

Baş verən hadisə sosial şəbəkədə təhlükəsizlik məsələsini gündəmə gətirib. Maraqlıdır, istər Feysbuk, istərsə də Votsap şəbəkləri vasitəsilə göndərilən mesajlar nə dərəcədə təlükəsizdir?

İKT Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirib ki, belə bir hadisə baş verən zaman zərərçəkın tərəf mütləq yazılı formada banka müraciət etməli, bank da bunu araşdırmalıdı:

“Əslində, bütün hallarda itirilən məbləğ geri qaytarılmalıdır. 100 manat kiçik məbləğdir, bunun prosedur məsələsi var. Yəqin ki, bankın servis xidməti bu məsələyə etinadsız yanaşır. Çünki burada oğurluq olub”.

Fərid Kazımov qeyd edir ki, internet üzrindən (Feysbuk, Votsap) şəxsi məlumatların göndərilməsi olduqca təhlükəlidir:

“Həmin məlumatlar proqram təminatları vasitəsilə oğurlana bilər. Fikir versəniz görəcəksiniz ki, hər bir platforma, həmçinin əməliyyat sistemləri bununla bağlı dəfələrlə xəbərdarlıqlar edirlər. Lakin buna baxmayaraq, Azərbaycan da daxil olmaqla dünyadakı əksər laqeyd istifadəçilər bu səhvləri edirlər. Onlar mesaj vasitəsilə bir-birlərinə göndərdikləri məlumatları heç kimin görmədiyini hesab edirlər. Ona görə, məlumatları oğurlanır. Bu proses davamlı olaraq gedir. İstifadəçlərin laqeydliyi davam edərsə, baş verməkdı davam edəcək”.  

O zaman Feysbuk, Votsap vasitəsilə göndərilən mesajlar oxuna bilir?

İKT Mərkəzinin direktoru  əlavə edib ki, bütün mesajlar oxuna bilər:

“Heç bir şəbəkə təhlükəsiz deyil. Bu səbəblə, məlumatları gizlətmək lazımdır. Şəxsi məlumatlar çox ciddi şəkildə qorunmalıdır, xüsusən də bank esabları. Həmin məlumatlar telefon və kompüterdə deyil, yazılı formada kağızda saxlanılmalıdır. Çünki sosial şəbəkələrin özləri belə həmin məlumatların oğurlanmayacağı ilə bağlı qaranti vermirlər”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ  

Vumart və Güvən reklamı Vumart Güvən