Piyada səkilərini zəbt edən PİŞTAXTALAR - Niyə tədbir görülmür? / RƏSMİ CAVAB

 16:09 19.11.2019     2006

Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsi qida məhsullarının açıq bazarına çevrilib.

Redaktor.az bildirir ki, sözügedən ərazidə küçə boyu əksər qida məhsullarının açıq satışına rast gəlmək mümkündür. Meyvə, tərəvəz, toyuq, ət, balıq, bir sözlə hər şey küçə boyu yerləşdirilən piştaxtalarda satılır.

Məsələnin digər tərəfi isə həmin qida məsullarının sərnişinlərin piyada hərəkəti üçün nəzərdə tutulan səkilərin üzərində satılmasıdır. Bu, həm ərazilərdən piyadaları, həm də sözügedən ərazidə yaşayan sakinləri narahat edir.

Maraqlıdır, Yasamal rayon İcra Hakimiyyəti küçə ortasında pərakəndə satış aparan obyektlərlə bağlı niyə tədbir görmür?

Problemlə bağlı Yasamal rayon İcra Hakimiyyətindən Redaktor.az-a verilən məlumata görə, artıq müvafiq tapşırıqlar verilib, ərazidə reydlər aparılır. Qarşısının alınması üçün tədbirlər görülür.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / REDAKTOR.AZ

Fotolar: Müzəffər İsmayılov

2222