DİQQƏT! Bakı metrosunda SIXLIQ - Səbəbi məlum oldu

 22:21 19.11.2019     2192

Metronun “Koroğlu” stansiyasında sıxlıq müşahidə edilib.

Redaktor.az bildirir ki, hadisə saat 19:00 radələrində qeydə alınıb. Stansiyadan “Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib. 

Bununla bağlı Redaktor.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, sözügedən istiqamət üzrə bütün çıxış qapıları açıq olub, sərnişinlər rahatlıqla satansiyanı tərk ediblər:

"Hər bir sərnişinə xahiş edirik ki, metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etsinlər. Həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Belə vəziyyətin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etmələrini rica edirik”.   

Rüfət Xəlil / REDAKTOR.AZ