Azərbaycanda 5 kişi arvadı tərəfindən döyülüb - Ağır xəsarət alıblar

 15:15 20.11.2019     2230

Ötən gün mediada tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı Dilrubə Vaqifzadə tərəfindən döyülməsi barədə xəbər yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Oxu.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.

E. Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin teleaparıcı və həyat yoldaşı bu xəbəri təkzib ediblər. Onlar bildirib ki, belə hadisə baş verməyib. Cütlük yalan xəbər yayan saytı məhkməyə verəcəklərini də bildirib. 

Qeyd edək ki, mətbuatda tez-tez qadınlar tərəfindən döyülən kişilərlə bağlı məlumatlara rast gəlinir.

Məsələn, Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülmüşdü.

Ağır bədən xəsarətləri alan N.Abışov hətta döyülmədən sonra xəstəxanaya yerləşdirilmişdi. Üstəlik N.Abışov təqaüddə olan polis əməkdaşı idi.

Daha bir hadisə isə paytaxtın Hökməli qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Kiçikbəyov Rüfət Hacıbala oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.
 
K. Rüfət ailə üzvləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlər xəstəni aidiyyati üzrə müayinəyə götürüb və xəsarət alan şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyublar. 

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Mustafa Dənizli də həyat yoldaşı tərəfindən döyülənlər sırasındadır.

Təcrübəli mütəxəssisin 2010-cu ildə evləndiyi Evin Elçi evi tərk edib. Daha sonra qardaşları ilə geri dönən qadın boşanmaq üçün Mustafa Dənizlidən 5 milyon lirə istəyib. Pulu ala bilməyən Evin Elçi və qardaşları Mustafa Dənizlini döyüblər. 

Daha bir döyülmə hadisəsi Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində qeydə alınıb.

46 yaşlı kişi Qarayev Edqar Binnət oğlu həyat yoldaşı ilə mübahisə edib. Nəticədə o, arvadı tərəfindən küt alətlə döyülüb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakıda rəqqasənin sinəsinə pul qoyan kişi də həyat yoldaşı tərəfindən döyülüb. Bu barədə tanınmış rəqqasə Aygün Muxtarova bidlirib: 

“Bir dəfə məclislərdən birində bəy və gəlin üçün aş aparırdım. Gördüm ki, uzaqdan sərxoş bir kişi əlində 100 manatla yıxıla-yıxıla mənə doğru gəlir. Mən də fikirləşdim ayıbdır, əlini geri qaytarmayım. Pulu götürmək istəyəndə, arvadı özünü atdı üstümə. Kişini itələdi ki, rəqqasəyə 100 manat vermə. Dava düşdü. Həmin vaxt mənə də bir şillə dəydi”.

Oral Mədənçi / Redaktor.az