“Azərbaycanda erkən nikahların sayı azalıb” - Komitə sədri

 11:54 22.11.2019     623

“Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb: 5138 nəfər”.
 
Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
 
Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb: “2018-ci ildə bu göstərici 338 olub. Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə , 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.//Apa.az