Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb

 12:04 22.11.2019     826

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqpulu məsələsinə münasibət bildirib.
 
Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Hicran Hüseynova deyib ki, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, hələ də bir çox qadınlar işləmir:

“Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırmışıq. Yəni, uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.//Apa.az