Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış HAZIRLANIB

 13:23 22.11.2019     1718

“Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, bu problemlər bir gün ərzində yaranmır:

“Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, elə hallar olmaz”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır:

“Bizim sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddət o uşaqlar həmin sığınacaqlarda yerləşdirilə, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində elə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılır”.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən