Bu il əlilliyi olan 2150 nəfər özünüməşğulluq proqramına CƏLB EDİLİB

 12:37 23.11.2019     1033

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 2150 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, həmin şəxslər üçün kiçik biznesin qurulmasına dair zəruri bilik və bacarıqlara yiyələnmələri üçün təlim kursları təşkil edilib.

Onların böyük hissəsi kursları bitirərək və biznes-planlarını müdafiə edərək mal və materiallar formasında aktivlərlə təmin olunublar.

Əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri hazırda davam etdirilir. 

Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.