Bakı metrosundakı sıxlığın ŞOK SƏBƏBİ üzə çıxdı

 14:48 26.11.2019     8050

Son günlər “Bakı Metropoliteni”ndə qatarların intervalında tez-tez gecikmələr baş verir. Nəticədə stansiyalarda sıxlıq müşahidə edilir ki, bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Redaktor.az xəbər verir ki, nəqliyyat ekspertləri mövcud problemin əsəs səbələrindən birinin sərnişin avtobuslarının hərəkət istiqamətinin düzgün seçilməməsi ilə əlaqələndirirlər. Məsələn, metronun “Əhmədli” stansiyasından “Avtovağzal” stansiyasına qədər cəmi 1 avtobus - “7A” nömrəli sərnişin avtobusu hərəkət edir.

Nəzərə alsaq ki, “7B” nömrəli sərnişin avtobusunun isə hərəkət istiqaməti Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədəkdir. O zaman metrodakı sərnişin sıxlığı hələ uzun müddət davam edəcək. Yəni, şəhərin bu başından o biri başına gedib-gələn sərnişinlər məcburi metrodan istifadə edirlər.

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda avtobusların hərəkət xətlərinin optimallaşdırması işləri gedir:

“Bu çərçivədə mövcud marşrut xətləri, eləcə də prespektiv xətlər təhlil olunur. İndidən nəsə bir fikir demək çətindir. Düşünürəm ki, bu kimi məsələlərə baxılacaq və uyğun qərar veriləcək”.

Oral Mədənçi / Redaktor.az