"Regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək"

 11:13 29.11.2019     1199

“Əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisələri həmin şəxslərin yalnız tibbi deyil, sosial və peşə reabilitasiyasına da öz dəstəyini göstərməlidir. Hazırlanmaqda olan yeni “Reabilitasiya Konsepsiyası” layihəsində də bu amil xüsusi diqqətdə saxlanılır”.

Redaktor.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kollegiya iclasında bildirib.

S. Babayev bildirib ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST  layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.