Pərvinin işdən çıxarılan polis sevgilisi YÜKSƏK VƏZİFƏDƏ çalışırmış - VİDEO

 11:27 29.11.2019     2103

Pərvin Abıyeva ilə yayılan görüntülərinə görə işdən azad edilən polis zabiti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Redaktor.az xəbə verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan polis leytenantı Murad Abdullayev  Sumqayıt şəhər Polis İdarəsin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışırmış.

Qeyd edək ki,  Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Oral Mədənçi / Redaktor.az