Kirayə ilə mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Adambaşına düşən minimum yaşayış sahəsi

 13:09 29.11.2019     630

Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Nazirlər Kabinetinin qərarı ilə 16 kvadratmetr müəyyən olunub.

“16 kvadratmetr adambaşına düşən minimum yaşayış sahəsidir”.

Bunu Redaktor.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib:

Onun sözlərinə görə, yaşayış sahəsi anlayışı yaşayış otaqlarına nəzərən hesablanır:

“Yəni, ev 2 otaqdırsa, onun yaşayış sahəsi 30 kvadrat, digər tikililərlə birlikdə təqribən 42-45 kvadrat olur. Yəni, yaşayış sahəsi deyəndə birbaşa yaşayış otaqları nəzərdə tutulur. Digər otaqlar ümumi sahəyə aid edilir”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ