Pərvin Abıyevanın POLİS SEVGİLİSİ niyə işdən çıxarıldı? - ŞOK SƏBƏBLƏR

 13:57 29.11.2019     3270

Tanınmış aktrisa Pərvin Abıyeva ilə yayılan görüntülərinə görə işdən azad edilən polis zabiti ilə bağlı xəbər ölkə gündəmini zəbt edib. 

Redaktor.az xəbə verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis leytenantı Murad Abdullayev Sumqayıt şəhər Polis İdarəsində çalışırmış. 

Qeyd edək ki,  Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Bəs, polis zabitilə bağlı DİN-nin verdiyi qərar hüquqi baxımdan nə dərəcədə düzgündür? Hər kəsin asudə vaxtında itirahət etmək, əylənmək hüququ var. 

Hüquqşünas Roman Qaraşov hesab edir ki, gənc bir polis əməkdaşının səbəbindən asılı olmayaraq xidmətdən uzaqlaşdırılması böyük təəssüf hissi yaradır:

“Əmək qanunverciliyinin tələblərinə uyğun olaraq işdən çıxarılmış şəxs hesab edirsə ki, o, əsassız olaraq işdən çıxarılıb, bu məsələni bir ay iddia müddəti şamil olunmaqla mübahisələndirə bilər. Yəni, həmin polis əməkdaşı barəsində qəbul edilmiş qərarın qanunsuz olduğu qənaətindədirsə, hüququnu məhkəmə vasitəsilə müdafiə edib, bərpa etdirə bilər. Məsələnin detalları ilə, eyni zamanda verilmiş əmrin tam mətni ilə tanış olmadığımdan qəti bir fikir deməyim doğru olmaz. Lakin hər bir polis əməkdaşı, hüquq mühafizə orqanının işçisi bilməlidir ki, etik davranış qaydalarına ciddi surətdə əməl etmək lazımdır. Dövlət orqanlarının işçiləri xalqa xidmət edir, işini, peşəsini nüfuzdan salacaq hərəkətlər etməməlidir, bundan daim çəkinməlidir. Sosial şəbəkələr vasitəsilə özünü reklam edərək müəyyən qədər tanınan şəxslər barəsində konkret bunu düz və ya səhv edib, yaxud hansısa qanunu pozub demək yalnış yanaşmadır, çünki ortada konkret həmin şəxslərin cinayətkar əməlləri yoxdur və fakt varsa həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Hesab edirəm ki, polis əməkdaşının hansısa məkanda istirahət etməsi, yaxud ad günü qeyd etməsinə görə deyil, polis adının xüsusilə hallandırılması, polis forması və ya loqosundan nümayişkəranə şəkildə istifadə edilməsi, hətta bunun sosial şəbəkələr vasitəsilə minlərlə insana bildirilməsinə görə bu əməldə intizam pozuntusunun əlamətləri aşkar edilmiş, müvafiq əmrlə həmin şəxsin əmək müqaviləsinə etik davranış qaydalarının ciddi surətdə pozulması kimi qiymətləndirilərək xitam verilmişdir”.

Oral Mədənçi / Redaktor.az