Ehtiyacı olan şəxslərə evlərində xidmət göstərilməsinin yeni modeli hazırlanır

 11:13 17.12.2019     690

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyacı olan şəxslərə evlərində sosial işçilər tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı yeni model üzərində işləyir".

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər tərəfindən evlərində xidmət göstərilir:

"İl ərzində Nazirliyin 1000-ə yaxın sosial işçisi tərəfindən təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində yardım edilib. Hazırda bu istiqamətə uyğun olaraq yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək".//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən