Əlillərin təkrar müayinə olunması ilə bağlı yayılan məlumatlar yanlışdır - Şöbə müdiri

 11:50 18.12.2019     559

“Əlillərin təkrar müayinəyə cəlb olunması ilə bağlı məlumatlar tamamilə yanlışdır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  (ƏƏSMN) Sosial təminat şöbəsinin müdiri Babək Hüseynov deyib. 

O bildirib ki, yeni qəbul olunmuş qaydalara əsasən, əlillər 5 ildən bir müayinə cəlb edilirlər:

“Əgər iki müayinədən sonra xəstəliyində irəliləyiş yoxdursa, artıq müddətsiz olaraq əlillik statusu alır. Əlil o zaman müayinə çağırış alır ki, vəziyyətində ağırlaşma olsun. Bu da ona görədir ki, əlillik dərəcəsi dəyişsin". 

Qeyd edək ki, DOST Agentliyində baş tutan mətbuat konfransında nazirlik tərəfindən daha 4 sosial təminat növü üzrə elektron təyinat sisteminin və 4 e-arayış növünün təqdimatı olub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən