Azərbaycanda daha bir ŞOK HƏBS - Keçmiş yüksək vəzifəli məmur qandallandı

 14:21 30.12.2019     1377

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov həbs edilib.

Redaktor.az xəbər verir ki, A.Rəsulov 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib.

A.Rəsulov dələduzluqla itiham edilərək saxlanılıb, cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Sabiq direktor barəsində dekabrın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun və NİİM-in əmlakını ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən