Bakıda yaşayış evi yandı - FHN

 23:17 08.01.2020     1327

Yasamal rayonunda fərdi evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.