Sumqayıtda piyadanı vuran sürücü saxlanıldı

 19:17 09.01.2020     1537

Sumqayıt şəhəri ərazisində piyadanın xəsarət alması ilə nəticələnmiş qəza törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Redaktor.az-a verilən məlumata görə, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.