Zeytun yağını belə saxlamaq ziyandı

 09:50 12.01.2020     1900

Zeytun kimi onun yağı da ən faydalı qidalardan sayılır. İnsanların bir çoxu gündəlik yeməklərin hazırlanmasında məhz bu yağdan istifdaə edir. Eyni zamanda zeytun yağını təbii dərman kimi gündəlik içənlər də çoxdur. Zeytun yağının verəcəyi fayda isə onun keyifyyəti ilə yanaşı saxlanma qaydalarından da asılıdır.

Redaktor.az sağlamlıq üçün çox önəmli sayılan bu qaydaları diqqətinizə. çatdırır.

İlk növbədə zeytun sobadan, yemək bişirilən yerdən kənarda saxlamaq lazımdır. Soba, ümumiyyətlət, isti zeytun yağının tərkibinin, qoxusunun dəyişməsinə səbəb olur.

Zeytun yağını soyuducuda da saxlamaq olmaz.

Bu halda dadı dəyişməsə belə, rəngi nəzərəçarpacaq dərəcədə dəyişir, bulanıq olur, eyni zamanda qatılaşır.

Zeytun yağını Günəş işığına məruz qoymaq olmaz. Yağın uzun zaman faydalı qalmasını istəyirikisə, Günəş şüalarının təsirindən qorumalıyıq.

Ən yaxşısı, zeytun yağını qaranlıq, işıq düşməyən yerdə saxlamaqdır.

Yağı tünd rəngli şüşədə saxlamaq daha faydalı və uzunömürlü olmasına imkan verir.

Qaydalara əməl olunsa, zeytun yağını mağazadan alandan və müvafiq tarixə uyğun olaraq 2 il qoruyub saxlamaq mümkündür.