Bakıda gənc motosikletlə qəza törədib

 23:59 12.01.2020     2129

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Redaktor.az-ın verdiyi xəbərə görə, qəza Mətbuat prospekti, Akim Abbasov küçəsində baş verib.

1999-cu il təvəllüdlü Səfərbəyov Tural Rüstəm oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosiklet aşıb və T.Səfərbəyov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)