Bakıda 14 yaşlı qız itib

 03:07 13.01.2020     2260

Bu gün səhər saatlarında Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı itkin düşüb.

Redaktor.az-ın xəbərinə görə, bununla bağlı M.Məmmədovanın valideynləri ərizə ilə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət ediblər.

Hazırda itkin düşən 14 yaşlı M.Məmmədovanın tapılması istiqamətində axtarış əməliyyatları aparılır. (APA)