BDU-dan İslam dinini təhqir edən müəllimə SƏRT CƏZA

 19:51 16.01.2020     2443

Bakı Dövlət Universitetində (BDU) imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə BDU-nun III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı İslam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu terrorçu adlandırdığını qeyd edib.

Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

“Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”. (Oxu.az)