Badamdardakı sürüşmə zonasındakı yol nə zaman açılacaq? - VİDEO

 15:12 25.01.2020     12482

Badamdar qəsəbəsində baş verən sürüşmə davam edir.

Redaktor.az xəbər verir ki, sürüşmə zonasında yaşayış evləri olmasa da, yaxınlıqda yaşayan sakinlərin istifadə etdiyi yol hələ də bağlıdır.

Vətəndaşlar dövlət orqanlarından yolun açılması üçün kömək gözləyirlər.

Qeyd edək ki, bir müddət öncə Badamdar qəsəbəsində sürüşmə qeydə alınıb. 80 metr enində böyük bir torpaq kütləsi 100 metr məsafədə yola doğru hərəkət edərək ərazi üçün təhlükə yaradıb.

Daha ətraflı videodan izləyin: