Saleh Məmmədov Rusiya nümayəndə heyətini gəbul edib - FOTO

 15:36 07.02.2020     6995

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycanda işğuzar səfərdə olan MDB-nin Hökumətlərarası Yol İşçiləri Şurasının sədrinin vəzifəsini icra edən Kərimov Buri Baçabekoviçin rəhbərliyi etdiyi nümayəndə heyətini gəbul edib.

AAYDA-dan Redaktor.az-a verilən xəbərə görə, İdarə Heyətinin sədri Saleh Məmmədov qonaqları salamlayaraq, rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, həmçinin birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun müasirləşməsi istiqamətində görülən işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

MDB-nin Hükumətlərarası Yol İşçiləri Şurasının sədrinin vəzifəsini icra edən Kərimov Buri Baçabekoviç də öz növbəsində görüşə görə öz minnətdarlığını bildirərək, bu kimi görüşlərin gələcəkdə də keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətinin tərkibində görüşdə iştirak edən Beynəlxalq Nəqliyyat Diplomatiyası mərkəzinin icraçı katibi Runov İqor Barisoviç,  “SpetsDorTexnika” şirkətlər qrupunun direktoru Jilin Sergey Nikolaeviç və “Toçinvest” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Jukaev Aleksandr Aleksandroviç ayrı-ayrılıgda konkret və faydalı təkliflərlə çixiş edərək, yol infrastrukturun müxtəlif sahələrini əhatə edən səmərəli ideyaların tətbiqi çəçrivəsində aktiv əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Bütün təklifləri diqqətlə dinlədikdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov göruşdə iştirak edən agentliyin vəzifəli şəxslərinə sözügedən şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində təkliflərin hazırlanması ilə bağlı müvafiq göstərişlərini verib.

Göruş gələcək əməkdaşlığın təməlini goyaraq səmərəli təkliflər fonunda başa çatıb.

Qeyd edək ki, AAYDA tərəfindən görüşdə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Yol İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımov və rəis müavini Hidayət Rüstəmov, İdarə Heyəti sədrinin müşaviri Elşən Səfərov, Texniki İdarənin rəisi Kamran Əzizov və "Azəryolelmitədqiqatlayihə" institutunun direktoru Azər Nemətli iştirak ediblər.

222