Bu həkimlərin maaşı artırıldı - SƏRƏNCAM

 15:41 09.02.2020     9314

“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları artırılıb.


Redaktor.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb.