Səhiyyə Nazirliyi: Koronavirusla bağlı vəziyyət stabildir

 09:45 20.02.2020     5723

Səhiyyə Nazirliyi İranda koronavirusun aşkarlanması və 2 nəfərin dünyasını dəyişməsinin Azərbaycandakı epidemioloji duruma təsirinə aydınlıq gətirib.

Nazirliyin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusa qarşı vəziyyət stabildir: “Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda maskaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub”.