Xocalı soyqırımı – xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi    

 11:23 26.02.2020     3484

İnsanlığa qarşı öz vəhşiliynə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə  düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz  il keçir.1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı  ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklər həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrdən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalı qadın ,kişi, yaşlı, cavan,körpə uşaq həlak olmuşdur.Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.

Bu faciə Azərbaycan xalqına qarşı  Ermənistan- Azərbaycan müharibəsi dövrdündə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini , şəhərini, ailəsini qəhrəmancasna müdafiə edənlər şəhid olmişlar. Vəhşi ermənilər tərəfindən şəhəri qana bələnmiş, yer üzündən silinmişdir.

Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxudmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmamasına nail olmaq idi. Lakin düşmən öz məkirli niyyətinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə  beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya içtimayətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın  böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli lidermiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliyama obyektiv qiymət verilməsi istiqamətində  Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsibkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönədilmiş bu ninayətin əsl mahiyyətini anlayaraq qətliyamı kəskin şəkildə pisləyir.

Xocalı Soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır.

Vətən bu gün Xocalıda  şəhid olanların ruhu qarşısında baş əyir.

Ağsu rayon qeydiyyat şöbəsinin rəisi  Atakişi Əliyev